Modern.az

TQDK magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirir

TQDK magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirir

13 Fevral 2015, 21:10


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün onlayn sınaq imtahanı keçirir.

Modern.az TQDK-ya istinadən xəbər verir ki, qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn sınaq imtahanında suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

İmtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Bakalavrlar əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.

Ətraflı məlumat əldə etmək üçün //eservices.tqdk.gov.az/sinaq/online_ex.aspx linkinə daxil ola bilərsiniz.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi