Yerevandakı Vazgen Sərkisyan adına Hərbi İnstitutun kursantı Aykaz Barseqyanın ölüm faktı üzrə aparılan istintaq çərçivəsində fevralın 13-də institutun zabiti, kapitan Artyom Avetisyan həbs olunub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yanvarın 29-da həmin institutun idman zalındakı turnikdə 19 yaşlı Aykaz Barseqyanın asılmış meyiti aşkarlanıb. Fakt üzrə qaldırılan cinayət işi üzrə bundan əvvəl onun kursant yoldaşları Baçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyan həbs olunublar.
Modern.az