Modern.az

Ermənistanda müxalifət liderinə növbəti zərbə

Ermənistanda müxalifət liderinə növbəti zərbə

14 Fevral 2015, 19:13

Ermənistanın baş naziri Ovik Abrayanın qərarı ilə “Çiçəklənən Ermənistan” Partiyasının lideri, prezident Serj Sərkisyanla münasibətləri kəskinləşən Qaqik Tsraukyan Bədən Tərbiyəsi və İdman İnstitutunun sədrlər şurasındakı vəzifəsindən azad olunub.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda baş nazirin mətbuat katibi Qoar Poqosyan məlumat verib. Qaqik Tsarukyanı gənclər və idman məsələləri üzrə nazir müavini Arsen Karayan əvəz edəcək.

Fevralın 12-də hakim Respublikaçı Partiyasının iclasında prezident Serj Sərkisyan bəyan edib ki, Qaqik Tsarukyan siyasi xadim kimi ölkə üçün təhlükəyə çevrilib. O, Tsarukyanı həmin iclasda Təhlükəsizlik Şurasının üzvlüyündən azad edərək onun parlamentin iclaslarına gəlməməsi nəsələsinin də araşdırılmasını tapşırıb.

 Bu gün baş nazir Ovik Abramyan müxalifət liderinə məxsus olduğu bildirilən şirkətlərin vergidən yayınıb-yayınmaması ilə bağlı araşdırma aparılmasını da tapşırıb.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi