Modern.az

Rusiyada 2 ermənini öldürən 2 azərbaycanlıya hökm oxunub

Rusiyada 2 ermənini öldürən 2 azərbaycanlıya hökm oxunub

14 Fevral 2015, 19:56

Rusiyanın Prikamye şəhərində Azərbaycanda meşə materialları ixracında əlavə dəyər vergisinin (ƏDV) ödənilməsi pul vəsaitlərinin “yuyulması” ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, istintaqın versiyasına görə, “Lesinvest”in faktiki rəhbəri olan iş adamı Afik Əliyev bir sıra formal sənəd düzəldərək nəzarətindəki adamlara meşə materiallarının çatdırılmasından büdcəyə daxil olacaq ƏDV-ni yayındırıb. Bu işlə bağlı araşdırma zamanı güc strukturları Solikamsk şəhərinin baş arxitektoru Olqa Karapetyanın öldürülməsinin də üstünü açıblar.

 

Məlumatda qeyd edilir ki, arxitektoru Azərbaycandan olan xüsusi təyinatlı öldürüb. Bu iş üzrə azərbaycanlı biznesmenin himayədarı Natalya Seletkovanın da adı keçir. Əliyevə qarşı dələduzluq və külli miqdarda pul vəsaitlərinin “yuyulması” ilə bağlı 4 epizod üzrə ittiham irəli sürülüb.

“Kommersant” qəzetinin yazdığına görə, bu cinayət işi üzrə araşdırma zamanı iki ölüm faktının – Perm vətəndaşı Artur Abramyan və Solikamskın baş arxitektoru Olqa Karapetyanın öldürülməsinin də üstünü açıblar. Əliyevin ətrafı ilə bağlı araşdırma zamanı məlum olub ki, xüsusu təyinatlı dəstənin döyüşçüləri Azər Əkbərov və Eldəniz Məmmədov guya onun mühafizəçiləri olublar.

Axtarış prosesində Əkbərovun üstündə TT markalı tapança, 30 güllə, səssiz atəş üçün cihaz, eləcə 16 kalibrli silah üçün güllə götürülüb. Onun telefonunun fleş-kartında isə Karapetyanın güllələnməsi zamanı istifadə olunan silahın fotoları da aşkarlanıb. Abramyanın öldürülməsinə görə Azər Əkbərov 16 il azadlıqdan məhrum edilib, Olqa Karapetyanın ölümü ilə də bağlı təqsirli bilinən Əkbərov ümumilikdə 23 il həbsxanada oturmalı olacaq. Eldəniz Məmmədova isə 15 il azadlıqdan məhrumetmə hökmü oxunub. Qətlin təşkilatçısı isə müəyyənləşdirilməyib.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza