Türk ədəbiyyatının ən böyük qələm sahiblərindən Əziz Nesinin Antalyada yaşayan oğlu jurnalist-yazıçı Əhməd Nesin Xalqların Demokratik Partiyasından (HDP) millət vəkilliyinə namizədi olub.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, iyun ayında keçiriləcək seçkilərdə HDP-nin bütün rəngləri ilə məclisdə yer almasının lazım olduğunu dilə gətirən Nesin deyib: “Rəsmi namizədlik müraciətimi partiyada prosesin başlayacağı bazar ertəsi günü təqdim edəcəyəm”.
Antalyada bələdiyyə seçkilərində HDP-nin və prezident seçkilərində partiyanın lideri Selahattin Demirtaşın aldığı səslərdən yola çıxaraq partiyanın 2 deputatı çıxaracaq gücə sahib olduğunu dilə gətirən Əhməd Nesin vurğulayıb: “Antalyada 2-ci millət vəkilini alacağımızı düşünürəm”.Antalyada partiyasının səslərinin Türkiyədə inkişaf edən proseslər səbəbindən müstəqil olmadığını vurğulayan Nesin deyib: “Bütün Türkiyə sülh istəyir. Sülh prosesində Məclisdə ciddi bir əksəriyyətlə olmaq məcburiyyətindəyik. Bu həm kürdlər, həm də sosialistlər baxımından ciddi bir məsələdir. Sülh prosesinə keçmədiyi müddətcə Türkiyədə heç bir şeyin həll olunmayacağına inanırıq”.
Modern.az