Modern.az

İtaliyada ilk: Prezident sərnişinlərlə eyni təyyarədə uçdu

İtaliyada ilk: Prezident sərnişinlərlə eyni təyyarədə uçdu

14 Fevral 2015, 22:40


“Alitalia” hava şirkətinin Roma-Palermo müntəzəm reysi ilə uçan sərnişinləri təyyarənin göyərtəsində İtaliyanın yeni prezidenti Serdjo Mattarellanı görəndə təəccübləniblər.

Modern.az bildirir ki, İtaliya KİV-lərinin verdiyi xəbərə görə, iki həftə əvvəl bu vəzifəyə seçilən dövlət başçısı Romadakı Fyumiçino hava limanına uçuşa 35 dəqiqə qalanda gəlib.

Yerli uçuşların həyata keçirildiyi 1 nömrəli terminala daxil olan Mattarella mühafizəçilərinin müşayiəti ilə xüsusi zala keçərək reysi gözləyib. Təyyarəyə minik elan olunandan sonra İtaliyanın 12-ci prezidenti 200 sərnişinlə birgə göyərtəyə qalxıb. Təyyarənin kapitanı şəxsən prezidenti salamlayıb, “Alitalia” şirkəti isə özünün Twitter-dəki mikrobloqunda əlini yelləyən yerdə fotosunu yerləşdirib: “Adi sərnişin, xüsusi persona. Prezident yaxşı yol”.

“II Messaggero” qəzetinin qeyd etdiyinə görə, respublika tarixində ilk dəfə dövlət başçısı öz səfəri üçün xüsusi təyyarə yox, adi reysi seçir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza