Malıbəyli və Quşçular döyüşçülərinin Şəhid olanları qarşısında baş əyir, sağ qalanlarına can sağlığı arzulayıram.
Malıbəyli və Quşçular əhalisinin xilas edilməsi, kənd müdafiçilərinin fədakarlığı və qəhrəmanlığı əvəzolunmazdır. Birinci Qarabağ müharibəsi tarixində bu əməliyyat müqayisəolunmazdır, özünəməxsus yeri var, öyrənilməlidir, təbliğ olunmalıdır, nəinki sənədli, hətta bədii film cəkilməlidir. Əvvala, bu əməliyyatla xalqımız doğrudan da ikinci bir Xocali faciəsindən xilas oldu, ikincisi, bu əməliyyat oğullarımızın döyüş əzmini, ruhunu, düşmən qarşısında əyilməzliyini, cəsarətini, döyüş idarəetmə qabiliyyətini ortaya qoydu.
Burada Azay Kərimov faktorunu unutmaq olmaz. Ali hərbi təhsil alan, Əfqanistan və digər qaynar nöqtələrdə, eyni zamanda Qarabağda əldə etdiyi döyüş təcrübəsi, doğma Qarabağa dərin məhəbbəti, düşmənə nifrəti, yerli səraiti əla bilməsi və ən nəhayət elinin ona olan inam və etibarı, ən cətin anda heç kimə arxalanmadan ən doğru qərar verməsinə səbəb olmusdu.
Bu qərar çox məsuliyyətli qərar idi, amma doğru idi.
Malibəyli və Quşçular çox strateji əhəmiyyətli mövqe idi... Xankəndi ətrafında olan azərbaycanlılara aid bütün yaşayış məntəqələri o zaman Ermənistan tərəfindən tamamilə işğal olunmuşdu, yalnız Malıbəyli və Quşçular qalmışdı kı, bu kəndlər də ermənilərin digər Azərbaycan ərazilərini işğal etməyə mane olurdu. Erməni silahlı qüvvələri isğalçı planlarını genisləndirmək ücün Xankəndidən Xocavəndə gedən yolda Qaradağlı kəndini, Əsgərana gedən yolda isə Xocalı şəhərini ələ keçirməyi planlaşdırırdılar. Bu yaşayış məntəqələrini ələ keçirmədən ermənilər etibarlı mudafiə yaradıb işğalçılıq siyasətini həyata keçirə bilməzdilər. Nəyin bahasına olursa olsun, bu kəndləri işğal etməyi, mülki insanları girov götürməyi qərarlaşdırmışdılar. Məhz Malıbəyli–Quşçular işğal olunduqdan sonra qısa müddətdə, fevralın 17-də Qaradağlı, 26- da isə Xocalı şəhəri işgal olundu.
Bununla da ermənilər muharibənin birinci mərhələsinin ən əhəmiyyətli hissəsini başa çatdırdılar.
Malıbəyli-Quşcuların yerləşdiyi ərazidən təxminən 3000 nəfərlə türk qanına susamış silahli erməni kəndlərinin əhatəsindən kecərək Abdal kəndinə yürüş etmək...
Bu xilaskarlıq yürüşü idi... Yəqin ki, oxucular həmin marşrutda cografi cətinlikləri təsəvvür edirlər, bir də qış ayında, qar, boran... qadınlar, qızlar, gəlinlər, qocalar, uşaqlar və körpələr... Bu gun o dövrü və o günləri təhlil etmək olduqca asandır.
Təbii ki, belə bir məsuliyyətli və tarixi qərarı Malıbəyli-Quşçular döyüşçüləri qəbul etmişdilər. Qərar dogru zamanda verilmisidi, azacıq gecikmək Xocalı dəhşətinin bas verməsinə səbəb ola bilərdi..
Malibəyli-Quşçular sakinlərinin və döyüşçülərinin bəxti iki şeydə sözsüz gətirmisdi..
Birinci, onların başında əsl zabit və qəhrəman eloğluları və lider - Azay Kərimov dayanmışdı....
İknicisi, Azayın kömək ücün muraciətlərinə heç kim cavab verməmişdi, yəni kənardan və paytaxtdan kömək olmamışdı.., planlaşdırılmamışdı...
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Ayxan Sadiq