Modern.az

16 fevralın hava PROQNOZU

16 fevralın hava PROQNOZU

16 Fevral 2015, 00:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında Cənub küləyi əsəcək, gündüz 16 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacaöı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcəyi gözlənilir. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Mərkəzi Aranda - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlər dumanlı olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək.Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Temperaturun gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza