Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, fevralın 15-də Şamaxı rayonu, Muğanlı kəndi ərazisində vətandaşa məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb. Nəticədə sürücü və 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yaralıları avtomobildən çıxararaq, aidiyyatı üzrə təhvil veribr. Əməliyyat saat 20:36-da başa çatıb.
Modern.az