Modern.az

Minsk qrupunun həmsədrləri Bakıya gəlib

Minsk qrupunun həmsədrləri Bakıya gəlib

16 Fevral 2015, 09:35


Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb.

Həmsədrlər - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Bakıda XİN rəhbəri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcəklər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.

Fevralın 17-də həmsədrlər Yerevana, daha sonra isə Dağlıq Qarabağa yola düşəcəklər.(Trend)

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza