Modern.az

Ermənistan müxalifəti mitinq gününü açıqladı

Ermənistan müxalifəti mitinq gününü açıqladı

Təhsil

16 Fevral 2015, 09:59

Fevralın 15-də Yerevanda “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyalarının liderləri Qaqik Tsarukyan, Levon Ter-Petrosyan və Raffi Ovannisyan arasında görüş keçirilib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə ölkədə yaranmış daxili siyasi vəziyyət müzakirə olunub. Erməni müxalifətinin liderləri fevralın 20-də saat 16:00-da Yerevandakı Azadlıq meydanında yaranmış situasiyanın həlli məqsədilə mitinq keçirmək qərarına gəliblər.

Fevralın 12-də hakim Respublika Partiyasının iclasında prezident Serj Sərkisyan bəyan edib ki, Tsarukyan siyasi xadim kimi ölkə üçün təhlükəyə çevrilib. O, Tsarukyanı Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza