Modern.az

Nazir baş direktoru vəzifədən azad etdi

Nazir baş direktoru vəzifədən azad etdi

16 Fevral 2015, 18:26


Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib. Bununla əlaqədar Aqrar Elm Mərkəzində keçirilən tədbirdə nazir müavini Seyfəddin Talıbov seleksiyaçı alim Əsəd Musayevin aqrar elmə verdiyi töhvələrdən danışmış və onun elmi fəaliyyətini yüksək qiymətləndirib. Tədbirdə Əsəd Musayevə hədiyyələr verilib, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılaraq ona gül dəstəsi təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Əsəd Musayev seleksiyaçı alim kimi uzun müddət rəhbərlik etdiyi Elmi-Tədqiat Əkinçilik İnstitutunda elmi fəaliyyətini davam etdirəcək. Tədbirdə çıxış edən həmkarları seleksiyaçı alim Əsəd Musayevə elmi fəaliyyətində uğurlar diləyiblər.

Nazirin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru vəzifəsi müvəqqəti olaraq Balayev Rəsul Ənvər oğluna həvalə olunub.


Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi