“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan bu gün Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda “Daşnaksütyun” Partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan xəbər verib. Onun sözlərinə görə, görüş “Daşnaksütyun”un təşəbbüsü ilə baş tutub.
Vardanyan deyib ki, son günlər onun partiyası ölkədə qarşıdurmadan vaz keçilməsi üçün mümkün olan hər şeyi edib. O, yaxın zamanda görüşün nəticələrinin məlum olacağını da bildirib.
Modern.az