Modern.az

Macarlar Putinin səfərinə ertiraz etdilər

Macarlar Putinin səfərinə ertiraz etdilər

17 Fevral 2015, 21:05


Rusiya prezidenti Putinin bu gün Macarıstana səfərinə etiraz əlaməti olaraq Budapeştdə etiraz aksiyası keçirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Human-Platform” hərəkatının təşkil etdiyi aksiyada minə yaxın adam iştirak edib. Bu, Rusiya liderinin Avropa İttifaqı ölkəsinə 2014-cü ilin iyun ayından sonra ilk səfəridir. Səfər zamanı Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidentinin müzakirə edəcəyi əsas məsələ energetika ilə bağlı olacaq. O, baş nazirlə təkbətək danışıqlar aparmaqla yanaşı, Macarıstanın prezidenti ilə də görüşəcək.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi