Gürcüstanın keçmiş prezidenti və Ukrayna prezidentinin müşaviri Mixail Saakaşvili vətənidə ona qarşı irəli sürülən ittihamları yudurma və əsassız hesab edir. “Mənim vaxtımda Gürcüstanda dünyanın ən təmiz hökumətlərindən biri olub”. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Saakaşvili onu da əlavə edib ki, onun hazırkı vəzifəsi müvəqqətidir və Ukraynadakı hadisələrin gedişindən asılıdır.
Bundan əvvəl Gürcüstan prokurorluğu Kiyevə müraciət edərək eks-prezidentin vətəninə ekstradasiyasını xahiş edib. Ancaq Ukrayna tərəfi bu xahişi yerinə yetirməkdən imtina edib. Ukrayna prezidenti Pyotr Poroşenko fevralın 13-də Mixail Saakaşvilini özünün ştatdankənar müşaviri təyin edib. Gürcüstanda isə keçmiş dövlət başçısına 4 madddə üzrə ittiham elan edilərək barəsində axtarış elan edilib. Saakaşvili ittihamları rədd edərək sorğu-suala gəlmir.
Modern.az