Modern.az

Ukraynada separatçıların lideri yaralandı

Ukraynada separatçıların lideri yaralandı

Dünya

18 Fevral 2015, 00:49


Ukraynanın şərqində özünü “Donetsk Xalq Respublikası” élan etmiş separatçı rejiminin rəhbəri Aleksandr Zaxarçenko yaralanıb. 
Modern.az xəbər verir ki, bu barədə “LifeNews” məlumat yayıb. 

Məlumatda bildirilib ki, A.Zaxarçenkonun son günlər ağır döyüşlərin getdiyi Debaltsevo şəhərində yaralanıb. Ukrayna əsgərləri ilə döyüşdə ayağından yaralandığı bildirilən separatçı liderin ərazidən  çıxarıldığı qeyd olunur. 

Rəsmi Kiyev fevralın 17-də Ukraynanın şərqindəki Debaltseve şəhərinin bir hissəsinin rusiyapərəst separatçılar tərəfindən ələ keçirilməsini təsdiqləyib.

Ukrayna ordusu şəhər uğrunda döyüşlərin davam elədiyini və bir neçə əsgərinin əsir düşdüyünü xəbər verir.

Amma hərbçilər böyük sayda Ukrayna əsgərinin əsir düşməsi barədə məlumatları təkzib edib.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya görə, tərəflər fevralın 15-də atəşkəs elan etmıli, fevralın 17-dən isə ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlamalı idi.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi