Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ-ın erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin Facebook səhifəsinə verilmiş “verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.
Modern.az