Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacağı, hər zaman olduğu kimi bu dəfəki bayramda da ölkə başçısının hər zamankı kimi humnasitlik nümayiş edirəcəyi gözlənilir.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev Modern.az saytına açıqlamasında bildirib ki, Əfv Komissiyası mütəmadi olaraq işləyir.“İşçi qrup lazımi sənədləri toplayır və topladıqca komissiya üzvlərinə təqdim edir. Üzvlər də daxil olan ərizələri komissiya üzvlərinə təqdim edir. İşlər yekunlaşdıqdan sonra komissiya üzvləri öz fikrini formalaşdıraraq qərar qəbul edir, təkliflərimiz dövlət başçısına təqdim olunur. Əfv bilavasitə prezidentin səlahiyyətində olan məsələdir. Komissiya, sadəcə olaraq işçi qurum kimi müraciətləri araşdırıb rəyini dövlət başçısına təqdim edir”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da saytımıza açıqlamasında Novruz bayramı ərəfəsində əfv sərəncamı veriləcəyinə ümid edir:
“İşçi qrupu bu ay yığışacaq. Çünki hər il mütəmadi olaraq Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanır. İnanırıq ki, bu Novruzda da bir çox ailələri sevindirəcəyik”.
Gülşən RAUFQIZI