Modern.az

Böyük Britaniya ilə Rusiya arasında diplomatik QALMAQAL

Böyük Britaniya ilə Rusiya arasında diplomatik QALMAQAL

19 Fevral 2015, 22:17

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellonun Ukrayna böhranı ilə əlaqədar Rusiya haqqında dedikləri qalmaqal yaradıb.

Modern.az saytının məlumatına görə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov britaniyalı nazirin “Rusiya lideri  “İslam Dövləti” qədər Avropa üçün böyük təhdiddir” deməsinə münasibət bildirib.  

“O, nə dediyini bilmir və çətin ki, dediklərini anlayır. Cənab Fellonun bəyanatı”,-deyə Kreml rəsmisi söyləyib.  

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş Böyük Britaniya müdafiə nazirinin açıqlamasının diplomatik əxlaq hüdudları çərçivəsində olmadığını bəyan edib.  

Maykl Fellon Rusiya prezidenti Vladimir  Putinin Baltik ölkələrinə real, açıq-aşkar  təhdid təşkil etdiyini bəyan edib. O deyib ki,  NATO  Rusiyanın istənilən təcavüzünün qarşısını almağa hazırlaşır.

Nazir Ukrayna böhranı fonunda Rusiya rəhbərinin İŞİD qədər böyük təhlükə olduğunu da vurğulayıb.  

Modern.az


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi