Azərbaycan Respublikasının Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.
Beləliklə, Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23, 24, 25, 26, 27-si daxil olmaqla, 8 gün ardıcıl qeyri-iş günüdür (martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ayın 25-i və 26-sı da qeyri-iş günlə sayılır).
Modern.az