Modern.az

Sərkisyan “tupoy” dediyi Tsarukyanla razılığa gəlir – RƏSMİ AÇIQLAMA

Sərkisyan “tupoy” dediyi Tsarukyanla razılığa gəlir – RƏSMİ AÇIQLAMA

20 Fevral 2015, 01:00

Ermənistan prezidenti Serj Sərkisyanla ölkənin “Çiçəklənən Ermənistan” müxalif partiyasının lideri Qaqik Tsarukyanın görüşməsi rəsmi şəkildə təsdiq edilib.

Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə bu ölkənin parlamentinin vitse-spikeri Ermine Naqdalyan Sərkisyan-Tsarukyan görüşü barədə danışıb.

Parlament rəsmisi deyib ki, görüşdə müvafiq razılaşmalar ələ edilib. Ermine Naqdalyan bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan rəqibi Qaqik Tsarukyanla ölkədə yaranmış hazırkı siyasi situasiyanı müzakirə edib.  

Xatırladaq ki, Serj Sərkisyan hakim Respublika Partiyasının şura iclasında çıxışı zamanı Qaqik Tsarukyanı siyasətdən başı çıxmayan “tupoy” kimi xarakterizə edib.

Bununla paralel olaraq ölkə başçısının fərmanı ilə  müxalifət liderinin Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilməsi Ermənistanda  siyasi gərginlik yaradıb. Qaqik Tsarukyanın isə ölkə başçısına cavabı gecikməyib və o, Sərkisyanı bacarıqsızlıqda, səviyyəsizlikdə günahlandırıb.

Hakimiyyətlə müxalifət lideri arasında yaranan qarşıdurma Qaqik Tsarukyanın və onun partiyasından olan bir neçə  nəfərin deputat mandatını itirəcəklərini də  gündəmə gətirib.

Onu da bildirək ki, 17 fevralda Qaqik Tsarukyanın prezidentlə görüşündən sonra “Çiçəklənən Ermənistan” Partiyasının fevralın 18-nə olan mitinqi təxirə salınmışdı.  

Rəqiblərin görüşü “Daşnaksütyun” Partiyasının təşəbbüsü ilə baş tutub.

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi