Bakıdakı Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alan şagirdlərin valideynləri Bu gün səhər təhsil ocağının qarşısına toplaşaraq etiraz ediblər. Modern.az saytının məlumatına görə, buna səbəb gimnaziyada ibtidai siniflərin ləğv olunmasına dair qərarın qəbul edilməsidir.
Valideynlər bildidiblər ki, gimnaziyayaya qəbul 1-ci sinifdən başlayır.
“Bu günlərdə məktəbdə məlumat yayılıb ki, təhsil naziri Mikayıl Cabbarovun qərarı ilə bu təhsil ocağına şagird qəbulu 5-ci sinifdən olacaq və ibtidai siniflər ləğv ediləcək. Bütün valideynlər narazıdır. Bu, bizim işləyib övladlarımıza baxmaq imkanlarımızı məhdudlaşdırmaq deməkdir. Bu çox yaxşı təhsil verməyi bacaran ibtidai sinif müəllimlərinin çörəyini əlindən almaq deməkdir..”.
Pişəvəri adına Humanitar fənlər Gimnaziyasından Modern.az-a bildirilib ki, valideynlər məsələni düzgün anlamayıblar. Belə ki, doğrudan da gimnaziyada ibtidai siniflər ləğv olunacaq, amma bu qərar hazırda orada təhsil alan aşağı sinif şagirdlərinə şamil edilməyəcək. Yəni növbəti tədris ilindən ibyidai siniflərə qəbul aparılmayacaq.
Təhsil Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı rəsmi açıqlama veriləcək...
Modern.az