“Habil müəllim ümumilikdə sağlamdır. Evdə gəzir, dolaşır. Amma xəstələnəndən sonra bir dəfə də qapıdan çölə çıxmayıb. Çox adamı da evə gəlməyə qoymuruq ki, narahat olmasın”.
Bunu Modern.az saytına xalq artisti, kaman ustası Habil Əliyevin xanımı Şərqiyyə Əliyeva bildirib.
Ötən ilin yayında tənəffüs çatışmazlığından əziyyət çəkən xalq artisti 8 aya yaxındır bir dəfə də olsun evdən qırağa çıxmayıb.
Elmin NURİ