İqtisadçı-ekspert Azər Mehtiyev Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı qəbul etdiyi qərara aydınlıq gətirib.
Modern.az-ın verdiyi xəbərə görə, o qeyd edib ki, 2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manatın transfer edilməsi nəzərdə tutulub: “Büdcə qəbul edilən zamanın kursu ilə bunun üçün təqribən 13 milyard 318 milyon dollar lazım idi. Bugünkü kursla isə 9,9 milyard dollar lazım olacaq. Fərq 3,4 milyard dollardır. Bircə addımla bu qədər “qabağa düşdülər”. İl ərzində orta məzənnə kursu bir qədər də aşağı düşsə, 4 milyardlıq fərq yarana bilər. Neft Fondunun kəsirini belə həll edirlər”.
İqtisadçı buna qiymətlərin qalxması və inflyasiya hesabına əldə ediləcək əlavə “inflyasiya vergisini” də əlavə edin” deyib: “Bu da olacaq, qeyri-neft sektorunun inkişafı hesabına vergi daxilolmalarının artması... Yerli istehsalın “inkşafı”na bu cür nail olunacaq”.
Gülşən RAUFQIZI