Modern.az

“İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək”

“İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək”

21 Fevral 2015, 14:39


“Mərkəzi Bankın rəsmi açıqlamalarında və eləcə də, inflyasiya ilə bağlı proqnozlarına əsasən milli valyutanın məzənnəsinin yumşaq dəyərdən düşəcəyi gözlənilirdi. Manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank sədri müəyyənləşdirdiyi üçün milli valyutanın kursunun necə olacağı sadəcə sözügedən bankın məlumatlarına əsasən müəyyənləşdirilə bilər”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov manatın məzənnəsinin kəksin düşməsini şərh edərkən deyib.

O qeyd edib ki, proqnozlar sözügedən bankın açıqlamalarına əsasən verilir və həmin bankın fikirləri ilə əməli isə üst-üstə düşmür: “Təbii ki, yumşaq develvasiya vəd edən Mərkəzi Bankın kəskin məzənnə azalmasına getməsi nəinki gözlənilən idi, ümumiyyətlə ehtiyac yox idi.

Mərkəzi Bank yumşaq devalvasiya olacağına dair açıqlama verməsinə baxmayaraq, əslində kəskin devalvasiya getdi. Bunun ixracı stimullaşdırması kimi müsbət təsirləri inkar edilmir. Bununla yanaşı, son addım istehlak bazarında qiymət artımına gətirib çıxaracaq. Çünki idxal olunan malların alqısı dollarla aparıldığı üçün, onlar manatla satıldığı üçün artıq qiymət artımı deməkdir”.

İqtisadçı onu da bildirib ki, son develvasiyadan sonra Mərkəzi Bankın birrəqəmli inflyasiya proqnozlaşdırsa da? 2015-ci ildə istehlak bazarında qiymət artımları ikirəqəmli olacaq:

“Dolların bahalaşmasının kredit bazarına da təsir göstərəcək. Bankdan dollar ilə kredit götürənlər manatla daha çox ödəməli olacaqlar. Kommersiya banklarından dollarla kredit götürən vətəndaşlar indi daha çox manat xərcləyərək dollar alacaqlar. Yəni əvvəlcə 10000 dollar kredit götürən şəxs 7800 manat+faiz ödəyirdisə, indi 10500 manat+faiz ödəyəcək. Bununla yanaşı, manatla kredit götürən şəxslər dollar ifadəsində daha az vəsait ödəyəcəklər”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi