Modern.az

Nazirlik XƏBƏRDARLIQ etdi: Süni qiymət artımına qarşı nəzarət gücləndiriləcək

Nazirlik XƏBƏRDARLIQ etdi: Süni qiymət artımına qarşı nəzarət gücləndiriləcək

21 Fevral 2015, 20:38

İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsində baş verən dəyişiklikdən sui-istifadə edib, süni qiymət artımına gedənlərə qarşı  tədbirlər görüləcəyini bəyan edib. 

Nazirlik xatırladıb ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib: "İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək".

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi