Modern.az

İŞİD 43 nəfəri diri-diri yandırdı

İŞİD 43 nəfəri diri-diri yandırdı

21 Fevral 2015, 21:13


“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqlıları İraqın qərbindəki Anbar əyalətində sünni tayfalarından olan 43 nəfəri diri-diri yandırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Bağdaddan 200 kilometr şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərində girov götürülərək yaraqlıların ələ keçirdiyi Xit şəhərinə gətiriliblər. Mənbənin sözlərinə görə, yaraqlılar əsirləri dəmir qəfəslərə salaraq diri-diri od vurublar. Son günlər İŞİD terrorçuları 70 nəfəri edam edib. Bu həftənin ikinci günü İraqın Əl-Bağdadi şəhərində 40 nəfər edam edilib. Edamdan sonra onların yandırıldığı bildirilib. Fevralın 14-də həmin şəhərdə yaraqlılar “Əs-Saxva”nın üzvü olan daha 33 nəfəri qətlə yetiriblər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi