Zimbabve prezidenti Robert Muqabe bu gün 91 yaşını qeyd edir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı 1 milyon dollar xərclənərək təşkil olunacaq təmtəraqlı məclisdə qonaqlara fil ətindən yeməklər veriləcək. 35 ildir hakimiyyətdə olan Muqabenin ad günü ilə bağlı mərasimlər bir həftə davam edəcək. Kütləvi tədbirlərin Viktoriya şəlaləsinin yanındakı Elefant Hills qolf kurortunda keçirilməsi nəzərdə tutulub. Məlumatda qeyd edilir ki, şənliklərdə musiqi, rəqs və təqribən 20 min qonaq üçün fil ətindən menyü olacaq.
Müxalifətçi deputatlar ölkədə bu cür dəbdəbəli şənliklərə görə etiraz ediblər, çünki BMT-nin məlumatına görə, hazırda bu ölkədə hər üç uşaqdan birinin aclıq səbəbindən Zimbabve dünyanın ən yoxsul ölkkələrindən biridir.
Muqabe dünyada dövlət rəhbərliyində olan ən yaşlı prezidentlərdən biridir. Yaşının çox olmasına baxmayaraq, siyasətdən getmək niyyətində deyil. 2018-ci il seçkilərində namizədlərdən biri olacaq.
Modern.az