Azərbaycan ərazisində fevralın 20-dən başlayan qeyri-sabit, soyuq hava şəraitinin səngiyəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək.
Fevralın 23-nə keçən gecə Bakıda və Abşeron yarımadasında havanın temperature 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Gecə yollar buz bağlayacaq.
Fevralın 23-də gündüz Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.
Fevralın 23-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Məlumata görə, sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.
Modern.az