Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu noyabr ayında jurnalistlər üçün növbəti müsabiqə elan edəcək. Modern.az xəbər verir ki, bu barədə Fondun rəhbəri Vüqar Səfərli bu gün keçirdiyi mətbuat konfransında bildirib. V.Səfərli deyib ki, müsabiqədə 19 istiqamət üzrə yazılar qəbul ediləcək. Müsabiqənin nəticələri dekabr ayında elan ediləcək.
"Biz Fondun Müşaidə Şurasında qərara gəlmişik ki, 2011-ci il üçün jurnalist təşkilatlarından və KİV-dən lahiyələrin qəbulu üçün müsabiqə elanını bu ilin dekabr ayında verək. Əgər çatdıra bilsək, dekabrın axırına qədər layihələri qəbul edərik, artıq yanvar ayından layihələrin həyatə keçirilməsi prosesi başlanar. 2011-ci ilin ikinci müsabiqəsini may ayında élan edə bilərik, iyunda nəticələr bəlli olacaq, iyuldan ikinci maliyələşmə başlayacaq" -deyə V.Səfərli
bildirib. Mail Ağaxanov