Modern.az

Azərbaycanlı milyarder 1,7 milyard pul itirdi

Azərbaycanlı milyarder 1,7 milyard pul itirdi

23 Fevral 2015, 12:21


Rusiyanın ən zəngin insanlarından biri, ölkənin ən böyük müstəqil neft şirkəti olan “Lukoyl”un prezidenti, Azərbaycan əsilli Vahid Ələkbərov da dünya bazarlarında neftin ucuzlaşması və ölkəsinə qarşı tətbiq edilən sanksiyalara görə ciddi maliyyə itkilərinə uğrayıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı milyarder son 1 ildə 1,7 milyard dollar kapital itirib. Belə ki, 2014-cü ilin fevralında 13,6 milyard dollar sərvətlə Rusiyanın ən zəngin 7-ci biznesmeni sayılan Vahid Ələkbərov ötən 1 il ərzində ciddi maliyyə itkilərinə məruz qalıb və hazırda 11,9 milyard sərvətə malikdir.

Vahid Ələkbərov 2005-ci ildən bəri Rusiyanın ən zəngin 10 biznesmenindən biridir. Ona məxsus “Lukoyl” şirkəti İraqın şimalında dünyanın ən böyük neft yataqlarından olan “Qərbi Kurna-2” yatağının istismarı ilə məşğuldur.

2013-cü ildə Vahid Ələkbərov şirkətin səhmlərinin 21 faizini yeganə övladı Yusif  Ələkbərova bağışlayıb.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi