Modern.az

Eks-maliyyə naziri Əvəz Ələkbərov: “Manatla bağlı məsələləri bilirəm”

Eks-maliyyə naziri Əvəz Ələkbərov: “Manatla bağlı məsələləri bilirəm”

23 Fevral 2015, 12:30


“Valyuta ilə bağlı məsələləri çox dərindən bilirəm. Amma bu barədə ətraflı açıqlama vermək istəmirəm. Kim nə edib, qoy etsin”. Bunu Modern.az saytına açıqlamasında sabiq maliyyə naziri (1999-2006-cı illərdə - red.) Əvəz Ələkbərov manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsinə münasibət bildirərkən deyib.

Keçmiş nazir bildirib ki, onun valyuta ilə bağlı məsələlərə münasibəti, baxış modeli tamamilə fərqlidir: “Hazırda Praqadayam. Mən valyuta ilə bağlı prosesləri dərindən analiz edirəm. Ancaq bu barədə şərh vermirəm”.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə  1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank bəyan edib ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

Mərkəzi Bank onu da bildirib ki,  manatın məzənnəsinin korreksiyası xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa da yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.

Dolların manatdan baha olması isə ölkədə ərzaq məhsullarının, tikinti və elektrik mallarının bahalaşmasına səbəb olub.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi