Modern.az

“Sabahını düşün, düzgün peşə seç!”

“Sabahını düşün, düzgün peşə seç!”

24 Fevral 2015, 10:18

«Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək» İctimai Birliyi  Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşən “Sabahını düşün, düzgün peşə seç!” adlı layihəsini başa vurub. Layihənin əsas hədəfi böyüyən nəslin hər hansı bir peşəyə, sənətə, ixtisasa yiyələnməsinə, һәr bir gəncin öz yerini düzgün tapmasına, seçdiyi peşə və ixtisasın arzu və qabiliyyətinə uyğun olmasına, onların cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında daha fəal iştirak etməsinə kömək etməkdir. Seminarlarda əmək bazarının tələbatı, tələblə təklif arasında uyğunluğun təmin olunması, mütəxəssis hazırlığına cari və perspektiv tələbatın müəyyənləşdirilməsi regionların kadr tələbatı mövzuları müzakirə ovunub.

 Tədbirlərdə gənclərin öz karyeralarını düzgün qurmalarına, eləcə də ixtisas və peşə seçimində onlara düzqün istiqamət vermək məqsədilə müxtəlif sahədən mütəxəssislər dəvət olunub.  Seminarlarda  yuxarı sinif orta məktəb şagirdləri, orta məktəb məzunları, universitet tələbələri, gənclər təşkilatı üzvləri, QHT  nümayəndələri iştirak ediblər.




Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi