Milli Məclisin bugünkü iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Modern.az saytının xəbərinə görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli layihə barədə məlumat verib. O qeyd edib ki, dəyişiklikdə müvafiq qanunun 8.1-ci maddəsində “1 il” ifadəsi “2 il” ifadəsi ilə əvəz olunacaq. Qeyd edək ki, dəyişiklikdə vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılması nəzərdə tutulur. Vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə edirlər. Dəyişiklik qəbul edilib.
Aqşin KƏRİMOV