Modern.az

Nazirlik bəyan etdi: “Çörəyin qiyməti qalxmayacaq”

Nazirlik bəyan etdi: “Çörəyin qiyməti qalxmayacaq”

24 Fevral 2015, 13:51

İqtisadiyyat və Sənaye Nazirliyindən çörəyin qiyməti ilə bağlı açıqlama yayıb. Nazirlik bəyan edib ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

“Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.
Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi