Modern.az

“Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

“Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

24 Fevral 2015, 18:07


“Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, sovet təhsil sisteminin aradan qaldırılmasından sonra Azərbaycan buna alternativ ortaya qoya bilməyib. Modern.az-ın məlumatına görə, deputatın fikrincə, elm təhsildən ayrılmalı deyil: “Təkcə xərcləri artırmaqla elmi inkişaf etdirmək olmaz. Humanitar sahələr üzrə təhsil alanlar dəqiq fənlərlə bağlı elementar şeyləri bilmir. Məsələn, onlardan soruşsan ki, Cəlil Məmmədquluzadə kimdir, tanımayacaqlar”.

Spiker Oqtay Əsədov isə deyib ki, “Elm haqqında” qanun layihəsi çərçivə xarakterlidir. ***

Milli Məclisin bu gün keçirilən iclasında çoxdan bəri gözlənilən “Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az saytının məlumatına görə, müzakirələrdən və səslənən təkliflərdən sonra sözügedən qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama