Modern.az

Erməni sürücü ukraynalı ər-arvadı öldürdü

Erməni sürücü ukraynalı ər-arvadı öldürdü

24 Fevral 2015, 18:13


Rusiyanın Rostov vilayətində erməni sürücü yaşlı ər-arvadın ölümünə səbəb olub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı sürücü hərbi əməliyyatlar səbəbilə Ukrayanın Moslino şəhərindən Rusiyaya qaçqın düşən 73 yaşlı kişini və onun 72 yaşlı həyat yoldaşını vurub.

Məlumata görə, 2 həftə bundan əvvəl Rostov vilayətinin Taqanroq şəhərinə sığınan cütlük faciə günü şəhəri gəzmək qərarına gəlib. Lakin “Jiquli” markalı maşını idarə edən Ermənistan vətəndaşı yolu keçmək istəyən zaman onları yüksək sürətlə vurub. Ukraynalı qaçqınlar aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi