Modern.az

Çinlilərin sayı 7 milyon artıb

Çinlilərin sayı 7 milyon artıb

26 Fevral 2015, 17:33



2014-cü ilin yekunlarına görə, Çində əhalinin sayı 1 milyard 367 milyon nəfərə çatıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Çin Xalq Respublikası Dövlət Statistika İdarəsinin məlumatına görə, bir il ərzində əhalinin sayı 7,1 milyon nəfər artıb. Digər xəbərə görə, ötən il ölkədə 16,9 milyon yeni uşaq doğulub, 9,8 milyon nəfər ölüb. Ölkədə 16 yaşa qədər olan uşaq və yeniyetmələr əhalinin 17,5 faizini təşkil edir. Əmək qabiliyyətlilər (16-60 yaş arasında) ölkə əhalisinin 67 faizi qədərdir. Yaşı 60-ı keçənlər ümumi Çin vətəndaşlarının 15,5 faizini təşkil edir. Çində əhalinin yarıdan çoxu (54 faizi) şəhərlərdə yaşayır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi