Ermənistan hakimiyyətinin başdan-ayağa koorrupsiyaya bulaşması nə regional, nə beynəlxalq, nə də yerli erməni ictimaiyyəti üçün sirdir. Bunun daha bir sübutu ermənistanlı jurnalistlərin müstəqil araşdırması nəticəsində üzə çıxan faktlardır. Müstəqil jurnalist Qrişa Balsanyan Ermənistan parlamentinin spikeri Qalust Saakyanın və ailə üzvlərinin biznes fəaliyyəti ilə bağlı faktları üzə çıxarıb.
Modern.az saytı həmin araşdırmanı ixtisarla təqdim edir.
“Ermənistan parlamentinin indiki sədri Qalust Saakyan hələ 2007-ci ildə jurnalistlərin suallarına cavab verərkən ən böyük arzusunun şəxsi biznesə sahiblənmək olduğunu deyirdi. Keçən il isə Saakyan bu arsuzunu yenidən yada salaraq, bahalı maşın və malikanə sahibi olmaq istədiyini bəyan edib. Bununla belə, o, bizneslə məşğul olmadığını və özünü siyasətə həsr etdiyini vurğulayırdı.
Amma Qalustyan həyat yoldaşının və yüksək postlar tutan övladlarının bizneslə məşğlu olduqlarını gizlədirdi. Parlamentin spikerinin yalınz maaşı ilə dolandığını, övladlarının isə ancaq öz zəhmətləri hesabına, heç bir şəxsi tanışlıqdan istifadə etmədən şirkət sahibləri olduqlarını düşünmək sadəlövhlük olardı.
2011-ci ildən başlayaraq Saakyan müvafiq orqanlara gəlir və mülkiyyəti ilə bağlı təqdim etdiyi bəyannamələrdə yeganə qazanc mənbəyi olaraq əmək haqqını və təqaüdünü göstərirdi. Həmin məbləğ isə 3,6 milyon dram (7 min 520 dollar) təşkil edirdi. Qalust Saakyan bəyannamədə başqa gəlir mənbəyinin olmadığını, heç bir bank əmanətinə, obyektə sahib olmadığını göstərirdi.
Spikerin həyat yoldaşı və parlamentin deputatı Aşot Aqababyanın bacısı Janna Aqababyan isə gəlir bəyannamələrində əsas qazanclarını şirkət səhmlərindən götürdüklərini, qalan gəlirlərinin isə əmək haqqı və təqaüddən gəldiyini qeyd edirdilər.
Biz Ermənidstan parlamentinin ictimaiyyətlə əlaqələr şöbəsindən Janna Aqababyana hanspı şirkətlərdən səhmdar gəliri gəldiyini öyrənmək istədik. “Parlament bununla bağlı informasiyaya sahib deyil”, - bizə oradan belə cavab verildi.
Qalust Saakyan əlbəttə, həyat yoldaşının haradan gəlir əldə etdiyini bilir. Lakin həmin şirkətin, yaxud şirkətlərin adlarının açıqlanması spikerin və onun ailəsinin maraqlarına xidmət etmir.
“Sağlam Gələcək” tibb mərkəzinin əsası 2006-cı ilin martında qoyulub. Kompaniyanın səhmləri Saakyanın həyat yoldaşı Janna Aqababyana və səhiyyə nazirinin müavini Baan Poqosyanın həyat yoldaşı Lilit Qasparyana məxsusdur. Lilit Poqosyan həm də Eçmiədzindəki poliklinikanın direktorudur. “Sağlam Gələcək” mərkəzinə rəhbərliyi isə Lilit Poqosyanın oğlu Edqar Poqosyan gerçəkləşdirir.
“Sağlam Gələck” şirkətinin qeydiyyat yeri olaraq Eçmiədzin şəhəri göstərilib. Əsas fəaliyyət sahəsinə isə hazır dərman preparatlarının alqı-satqısı, beynəlxalq proqramların gerçəkləşməsi, xəstəxana və xəstəxanadan kənar tibbi yardım, hüquqi yardım və s. daxildir.
Qeyd edək ki, Qalust Saakyanın həyat yoldaşı 2006-cı ildən şirkətin səhmdarlarından biridir.
2006-cı ilin mart ayında “Medipriz” Açıq Səhmdar Cəmiyyəti təsis olunub. Onun səhmdarları Janna Arutunyan və Vaqram Arutunyan olur. Maraqlıdır ki, şirkətin səhmlərinin 50 faizinə sahib olan Janna Aqababyan səhmdarlar siyahısında öz soyadını Arutunyan kimi göstərib. Qalust Saakyanın həyat yoldaşı “Medipriz” şirkətinin prezidentidir.
Qəribədir ki, fəaliyyət göstərən şirkət olsa da, bu şirkətin fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. Onun hüquqi ünvanı yenə də Eçmiədzindir.
Spiker Qalust Saakyanın həyat yoldaşı və oğullarının biznes şirkətləri ilə bağlı informasiyalar yox dərəcəsindədir. Həmin şirkətlər fəaliyyət göstərsə də, onların ünvanı heç yerdə göstərilməyib.
“J.T.A.S” ASC-nin səhmdarları ana-baladır – Janna Aqababyan və onun səhiyyə nazirinin müavini postunu tutan oğlu Tiqran Saakyan. Səhmdar cəmiyyətin 66 faizi Tiqran Saakyana, 34 faizi isə anasına məxsusdur. İnformasiya resurslarında “J.T.A.S” şirkəti barədə heç bir məlumat yoxdur. Yalnız onun 2000-ci ildə təsis edildiyi məlumdur.
“Ata və oğul Saakyanlar” Qapalı Səhmdar Cəmiyyəti də Saakyanlar ailəsinə məxsusdur. 2009-cu ildə yaradılan şirkət ilk 4 ay ərzində Janna Aqababyanın başçılığı alıtnda fəaliyyət göstərib. Bundan sonra isə oğlu Tiqran Saakyanın nəzarətinə keçib.
“Narek-84” ASC isə Qalust Saakyanın ailəsinə məxsus başqa bir şirkətdir. Şirkətin əsasən ərzaq və məişət malları, paltar, tikinti materialları və kosmetik malların ticarət ilə məşğul olduğu məlumdur. Onun səhmlərinin 50 faizi Qalust Saakaynın səhiyyə nazirinin müavini işləyən oğlu Tiqran Saakyana aiddir.
Saakyanlar ailəsi həm də Yerevanda sərnişin daşımaları ilə məşğul olan bir neçə martşrut xəttinə sahibdirlər. Şəhərdə 57-ci avtobus martşrutu “Ardzini Studiya” QSC-yə məxsusdur. Bu şirkətin sahibi isə spiker Qalust Saakyanın digər oğlu Arman Saakyandır. Arman həm də Dövlət Əmlakının İdarəolunması Xidmətinin rəisidir. “Ardzni Srudiya” şirkətini o 2001-ci ildə yaradıb.
Yerevanda fəaliyyət gösətrən 64-cü avtobus marşrutuna nəzarət edən “Saqatrans” şirkətinin 50%-i də Arman Saakayna məxsusdur.
37-ci mikroavtobus marşrutunu isə Arman Saakaynın qaynı Rafael Akopyanın “Jan-Jan” şirkəti istismar edir.
Sonda bir faktla maraqlanmaq qalır – Qalust Saakyan hələ də bahalı maşın, malikanə və biznes arzulayır, yoxsa onun arzusu artıq reallığa çevrilib”.
Hazırladı Vüqar İsmayılov