Modern.az

Şimali Koreya ballistik raketlərini suyun altında yerləşdirəcək

Şimali Koreya ballistik raketlərini suyun altında yerləşdirəcək

27 Fevral 2015, 13:07

Şimali Koreya sualtı qayıqlarda ballistik raket sisteminin inkişaf etdirilməsi üçün fəaliyyətə başlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Şimali Koreyanın nüvə sahəsində apardığı fəaliyyətlərini region üçün potensial təhlükə hesab edib. İnkişaf etdiriləcək yeni sualtı sistemin ABŞ üçün də təhlükəli ola biləcəyi istisna olunmur. Məlumatlara görə, Şimali Koreyada yerüstü mobil rabitə qurğularından ballistik raketlərin emalı aparılır. Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın ABŞ-ı təhdid edə biləcək gücdə ballistik raketlərə malik olması haqqında məlumatlar yaymışdı.

Şahin Qocayev

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi