Modern.az

Azərbaycanda ilk dəfə daşınan şəhər telefon xidməti açıldı - 585

Azərbaycanda ilk dəfə daşınan şəhər telefon xidməti açıldı - 585

2 Mart 2015, 10:32

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom”İstehsalat Birliyi innovativ texnologyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilkə imza atdı. Daim müştərilərinə keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən “Aztelekom” İB bu siyahıya növbəti xidməti əlavə etdi. “585”-“Daşınan şəhər telefon xidməti” müştərilərə rahatlıq, operativlik və sevinc gətirəcək.

Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştəri Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə “şəhər-kənd” arasında rəqəmsal uçurum yox olacaq.

“Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə 585 indeksli ilə telefonlara sahib olmaq fürsətindən yararlana bilərsiniz”-deyə “Aztelekom” İB-dən Modern.az-a verilən məlumatda bildirilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi