Modern.az

Boris Nemtsovun ilk məhəbbəti... Və sevimli QADINLARI - FOTOLAR

Boris Nemtsovun ilk məhəbbəti... Və sevimli QADINLARI - FOTOLAR

Reportaj

3 Mart 2015, 10:11

O, Rusiyanın ən arvadbaz siyasətçisi idi



Modern.az 
saytı “İlk məhəbbət” layihəsində bu dəfə fevralın 27-də Moskvanın mərkəzində, Kremlin 50 metrliyində qətlə yetirilən, Rusiyanın müasir zamanda ən mübariz siyasətçisinin həyatının gənclik illərindən, belə demək mümkünsə, siyasətlə məşğul olduğu qədər də qadınlara sevgisindən də qalmayan Boris Nemtsovdan bəhs edəcək.

Boris Nemtsov fevralın 27-də gecə güllələnərək qətlə yetiriləndə yanında bir neçə ildir sevgi romanı yaşadığı ukraynalı model, 27 yaşlı Anna Duritskaya olub. Rusiyanın indiki hakimiyyətinə, xüsusilə də prezident Vladimir Putinə qarşı illərdən bəridir mübarizə aparan Nemtsov elə kişilərdən idi ki, ilk baxışda sevgisini etiraf edə bilirdi. Onun müxtəlif qadınlardan 4 övladı var, müxalifətçi siyasətçinin isə həyatında yalnız rəsmi olaraq bir arvadı olub.


Raisa Nemtsova
– Boris Nemtsovun birinci və yeganə rəsmi həyat yoldaşıdır.

Boris onunla Nijni Novqorodda, tələbəlik illərində tanış olub. Raisa ixtisasca kitabxanaçıdır və kütlə arasında olmağı qətiyyən xoşlamır. O, indi Moskvada yaşayır və investisiya ilə məşğuldur. Borislə  nikahından ona 30 yaşlı qızı Janna yadigar qalıb.

Nemtsovun qızı bir zaman Nyu-Yorkda təhsil alıb, sonradan Moskvaya qayıdaraq beynəlxalq münasibətlər ixtisası üzrə burada diplom alıb. O, RBK televiziyasında jurnalist işləyir.

Raisa ilə Boris təsadüfən tanış olublar, Nijni Novqorod Kremlinin yeməkxanasında. Artıq ali məktəb məzunu olan qızın məğrur xasiyyəti, qəşəng saçları vardı və əlindəki qalın jurnalı hətta nahar yeməyi üçün dayandığı növbədə oxuyurdu. Tanış olublar, evləniblər, Janna dünyaya gəlib. Onlar mənzillərdən birini o biri ilə dəyişiblər, ailə xoşbəxtliyini özgə ərazisində qurmağa çalışıblar. Öz evləri olmayıb. Boris qubernator işləyəndə də xidməti bağ evində yaşayıblar, burada saysız-hesabsız qonaqlarını, dostlarını, iş yoldaşlarını, rəsmi və qeyri-rəsmi nümayəndələri qəbul ediblər. Raisa kitabxanada işləməkdə davam edib, Nemtsov barədə qəzetdə yazılanları oxumayıb, müsahibə verməkdən imtina edib, xeyriyyə fondlarına rəhbərlik etməyib, demək olar heç bir qəbulda görünməyib, prinsipial olaraq ərinin işlərinə qarışmayıb, ərinin ikinci yarısı kimi protokol rolunda çıxış etmək marağında olmayıb. O, qızı ilə məşğul olub, Nemtsov isə kütlə qarşısına tək çıxıb.

“Ailə daha vacibdir, amma bizim ailədə münasibətlər həmişə dostluq və anlaşma əsasında qurulurdu. Beləcə də qalır. Biz 18 il bir yerdə yaşamışıq. Ağır illərimiz çox olub, amma parlaq, işıqlı, maraqlı illər də olub. Bu illərdə biz, sadəcə ər və arvad yox, doğma insanlar olmuşuq, doğma insanlar isə adi şeylərə görə ayrılmırlar”, - Raisa bir zaman belə deyib.


Televiziya jurnalisti Yekatirina Odintsova ilə də Boris Nijni Novqoroddda tanış olub. Qubernator olan Nemtsov Yekatirinanın həyatını xilas edib: avtomobil qəzasına düşdükdən sonra onun çətin və bahalı cərrahiyyə əməliyyatına ehtiyacı olub. Nəticədə xeyriyyəçilik sevgi münasibətinə qədər gedib çıxıb. Bu izdivacdan siyasətçinin oğlu Anton 1995-ci ildə, qızı Dina isə 2002-ci ildə dünyaya gəlib. Nemtsovla münasibət quran Odintsova sonralar Moskvaya gələrək televiziya aparıcısı kimi işləməyə başlayıb.

Rusiya Prezident Administrasiyasında işləyən İrina Korolyova Kremldə və ABŞ-ın Ağ evində köməkçi və katibə işləyib, Sofiya adlı qız böyüdür. İrina onu Nemtsovdan hamilə qalaraq 2004-cü ildə dünyaya gətirib.

Boris Nemtsov həmişə arvadbaz siyasıtçi sayılıb, onun ətrafında hər zaman qadınlar dolaşıb. Jurnalist və yazıçı İqor Svinarenko təsdiqləyir ki, 2010-cu ildə Nemtsovun 50 illik yubileyi keçiriləndə onun bütün keçmiş vətəndaş nikahında olan arvadları və uşaqları iştirak ediblər.

2012-ci ildə Boris Nemtsov Birləşmiş Ərəb Əmirliklərində istirahət edərkən 25 yaşlı Anastasiya Oqnevoy ilə birlikdə görüntülənib. O zaman Rusiya KİV-lərində belə bir məlumat yayılıb ki, Nemtsov onunla Escortmodeli agentliyi vasitəsilə tanış olub. Bir qədər sonra siyasətçi bəyan edib ki, Nastya onun sevgi romanı yaşadığı növbəti xanımlardan biridir.

Qeyd edək ki, Boris Nemtsov keçmiş həyat yoldaşlarından ayrılsa da, onların hər birinin dolanışıq xərclərini vaxtlı-vaxtında, hətta artıqlamasilə ödəyib. Məsələn, Yekatirina Odintsovanın  Nijni Novqoroddan Moskvaya köçməsinin təşəbbüskarı olan Boris onun üçün şəhərin mərkəzində, Çistıe Prudıda (Təmiz axmazlarda) mənzil alaraq hədiyyə edib. Ən maraqlısı odur ki, Yekatirina illər öncə Borisdən ayrılsa da, bir daha yenisən ərə getmək haqqında düşünməyib. Onun fikrincə, Borisdən yadigar qalan oğlu Anton elə evinin kişisidir.

- Qızınıza Borisin anasının şərəfinə Dina adını vermisiniz?

- Bəli, mən onu sevirəm, o da məni. Hisslərə görə mühakimə etmirlər, mən pis heç nə etməmişəm. Bir insanı sevmişəm, ondan iki övlad dünyaya gətirmişəm, Borisi ailədən qaçırmamışam. Hərdən yazırlar ki, Boris çoxarvadlıdır. Hansı çoxarvadlılıq? Əvvəlcə biri ilə münasibəti olub, sonra digəri ilə, üçüncüsü ilə, milyonlarla belə fakt var. Sadəcə, o, bir dəfə deyib: “Bəli, mənim üç ailəm var, hamısına kömək edirəm. Hamı bunu olduğu kimi qəbul edib”.

- Kişi ondan uşaq dünyaya gətirən qadına kömək etməlidirmi, əgər o heç nə vəd etməyibsə?

- Əlbəttə, axı o da uşağa görə cavabdehlik daşıyır. Heç vaxt belə deyən kişi ilə əlaqə qurulmamalıdır: “Yox, mənə bu uşaq lazım deyil”. Qadın, ümumiyyətlə, ömrü boyu onunla bir yerdə yaşamaq istəmədiyinə əmin olmayan kişi ilə bir yorğan-döşəkdə yatmamalıdır. Ola bilər ki, mən gerizəkalı, axmaq kimi görünürəm, ancaq yalnız segi yaxınlığı doğruldur.

...Mən heç vaxt onu öz mülkiyyətim hesab etmirdim. Əgər kişi başqa qadını sevirsə, bu o demək deyil ki, əvvəlki pis olub. Mən Borisi ittiham etmirəm. O, bizi satmayıb, atmayıb, onun sadəcə olaraq daha bir övladı dünyaya gəlib. Borya etiraf edəndə ki, onun daha bir övladı var və 1 yaşı olub, dedim: “Yaxşı ki, bunu özün etiraf etdin”. Məhz həmin an başa düşdüm ki, həmişəlik ayrılıram.


“Mən bu qadınları sevirəm. Mənim onlardan uşaqlarım var”, - Nemtsov heç vaxt gizlətmir və belə deyirdi: “Uşaqları mən böyüdürəm, məndən asılı olan nə varsa edirəm ki, onlar layiqli insan kimi ayaq üstə dayana bilsinlər”.

 “Biz onu çox sevirdik. Nə baş verməsindən asılı olmayaraq, o bizim üçün nümunə idi. Bu itkini ifadə etmək mümkün deyil. Bilmirəm, necə yaşayacağıq, uşaqları necə bu itkiyə inandıracağıq. Hamıya sağ olun deyirəm. İndi mən ikiqat güclü olmalıyam ki, hər şeyin öhdəsindən gəlim. O, daim bizimlədir”.

Odintsova bu fikirləri Nemtsovun qətlindən sonra deyib.

Yekatirina İnstagram-da Borislə ailə fotosunu paylaşaraq üzüntülərini də bölüşüb: “Biz onu çox sevirdik. Nəyin baş verməsindən asılı olmayaraq, o bizim üçün nümunə idi. Bu dərdi unutmaq mümkün deyil. Bilmirəm, bu itkini necə adlayacağılq, necə özümüzə gələcəyik. Daim xatirimizdə qalacaq... “






Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu