“Hazırda Azərbaycanda 2 ahıl və kimsəsizlər evi var. Orda isə cəmi 192 nəfər yaşayır”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən onu da bildiriblər ki, bir nəfərdən ibarət ev təsərrüfatlarının sayı haqqında məlumatlar 10 ildən bir keçirilən əhalinin siyahıyaalınmasının yekunları nəticəsində əldə edilir: “Sonuncu 2009-cu il əhali siyahıyaalınmasının yekunlarına əsasən 15 və yuxarı yaşlı bir nəfərdən ibarət ev təsərrüfatlarının sayı 128 024 təşkil edib. Onların 56161-i kişilərdən, 71863-ü isə qadınlardan ibarət olub”.
Gülşən RAUFQIZI