Modern.az

Nettrends parçalandı və fəaliyyətini dayandırdı

Nettrends parçalandı və fəaliyyətini  dayandırdı

İqtisadiyyat

3 Mart 2015, 16:37

Nettrends  şirkəti son vaxtlarda  Azərbaycanın ən tanınan və artıq gəlir  gətirməyə başlayan  startaplarından olub.

“Startup Azərbaycan 2013”-ün qalibi olan Nettrends layihəsi yerli bazarda öz unikallığı və intelektuallığı ilə fərqlənirdi.

Xəbərlər-in məlumatına görə, son günlərdə  müştəri sayı 50-yə yaxın olan şirkətin həmtəsisçiləri arasında ciddi narazılıqlar baş verib, hətta  dava düşüb. Onlar arasındakı anlaşılmazlıqlar hələ də davam edir. Artıq problemin məhkəmə səviyyəsində həll edilməsi üçün iddia da qldırıldığı bildirilir.

Bizdə olan məlumata görə, həmtəsisçilər arasındakı narazılıq Nettrends şirkətinin parçalalanmasına səbəb olub. Və nəticədə də artıq bir neçə gündür ki, Nettrends.az resursu da fəaliyyət göstərmir.

Bildirildiyinə görə şirkətin üç təsisçisi olub.

Nettrends-in iki həmtəsisçi,  Samir Qənili  və hələlik adını dəqiqləşdirə bilmədiyimiz digər həmtəsisçi tərəfindən Nettrends-in proqram təminatını  başqa serverə köçürərək ,   layihənin başqa bir həmtəsisçisi və  ideya rəhbəri, həmçinin  texniki direktoru  Elşad Yusiflinin xəbəri olmadan  yeni  bir  “Kalibri Media Pro" MMC sirkəti  yaradıblar.

Həmçinin   müştərilərə zəng  edilərək Nettrends-in guya rebrendiq edilərək yeni şirkət adı altında fəaliyyətə başladığı  qeyd edilib.

Hazırda görünən budur ki, fəaliyyəti dayandırılan Nettrends-in əvəzinə  digər həmtəsisçilərin yaratdığı   “ Kalibri Media Pro" MMC sirkəti  kalibri.az  dömeni  altında fəaliyyətini davam etdirir.  Tərəflər arasındakı  narazlıqlar isə  davam edir.

Artıq həmtəsisçi və texniki direktor Elşad Yusiflinin məhkəməyə müraciət etdiyi bildirilir.

Xəbərlər məsələ ilə bağlı vəziyyəti araşdırır və tərəflərin münasibətini yaxın vaxtda ictimaiyyətə təqdim edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...