Modern.az

“Banklara və manata inamın azalması əmlak bazarında bahalaşmaya səbəb olacaq”

“Banklara və manata inamın azalması əmlak bazarında bahalaşmaya səbəb olacaq”

3 Mart 2015, 17:30


“Əmlak, mülk, torpaq və avtomobil yeni yığım vasitəsinə çevrilə bilər”. 

Modern.az-ın xəbərinə görə, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.  

Onun sözlərinə görə, manatın devalvasiyasından sonra yaranmış yeni iqtisadi şəraitdə banklara və milli valyutaya olan inamın azalması səbəbindən 2 istiqamətdə qərarlaşan tendensiyalar müşahidə olunmaqdadır:

“Birincisi, nağd ödənişlərin artması, milli valyuta ilə əməliyyatların dövriyyəsinin azalması və iri ödənişlərin dollarla həyata keçirilməsidir. İkincisi, sərbəst yığımlarını depozit bazarında və səhm bazarında reallaşdırmaq riskinin yüksək hesab edən orta və varlı təbəqəninin xüsusu vəsaitlərini əmlak, mülk, torpaq və avtomobildə maddiləşdirməsidir.  

Bu isə həmin bazarlarda tələbatın artmasına və qiymətlərin bahalaşmasına səbəb ola, eləcə də milli iqtisadiyyatda ümumi qiymət artımı bu sahədə bahalaşmaya əlavə stimul verə bilər. Odur ki, hazırkı iqtisadi şəraitdə əmlakın, mülkün, torpağın və avtomobilin yeni yığım vasitəsinə çevriləcəyi ehtimalı böyükdür”.  

Gülşən RAUFQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi