Modern.az

Üçüncü şəxsə...

Üçüncü şəxsə...

3 Mart 2015, 23:48


Könül AYDIN (NƏHMƏTOVA)
,
Filologiya üzrə fəlsəfə doktoru

(Əkbər Qoşalının "Bu axşam dağlara yağış yağacaq" şeiri üzərinə bir neçə söz)

"...Bu axşam, bu axşam yağış yağacaq,
insanlar qaçacaq öylərə doğru.
Bir dəli köksünü geniş açacaq,
qaçacaq əlləri göylərə doğru.
Köç axar, köç axar öylərə sarı,
vəhşilik, gözəllik qalar dağlara.
Gedən də Tanrı der, gələn də Tanrı,
bir dəli yolunu salar dağlara..."

Hər gün bu şeiri bayğınlıqla oxuyuram. Sığmır ağlıma dərk etdiklərim, ürəyim yerindən çıxacaq sanki. Əkbərin qəlbindəki hikmətə bax! Bu da bəlkə bəzilərinin umursamadığı yazar..! Qəlbinin hikmətindən bəlkə ağlının xəbəri yoxdur, bilmirəm. Mənim anladıqlarımı bəlkə heç özü düşünməyib, bilmirəm. Sordum özündən, müəmmalı cavablar verdi.

Bu şeirdə "dəli"nin yaradılışındakı hikməti anladım.
Bir düşün, nə deyir:

Gedən də Tanrı der, gələn də Tanrı,
Bir dəli yolunu salar dağlara.

Düşündükcə ürəyim bərk vurur, qulağım tutulur həyəcandan.

Şeirdə dəlinin timsalında ağıldan sıyrılmış ruhumuzu gördüm. Allah insanı onu tanımaq fitrətindən məhrum edərək "dəli" yaratdı. Amma niyə? Bunu düşünmüşəm hər zaman qəlb ağrısı ilə. Bu şeirdən anladım görk üçün yaratdığını. Yəni baxıb ağlımıza görə Ona şükr edə bilək. Ağıl Onu tanımaq deməkdir... Daha artıq yazmağa nəfəsim çatmır, düşündükcə titrətmə tutur məni.

BAKI-2015, Şubatın son günü...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI