Modern.az

Qaziler.az-dan yaralı əsgərlə bağlı nazirliyin açıqlamasına reaksiya

Qaziler.az-dan yaralı əsgərlə bağlı nazirliyin açıqlamasına reaksiya

4 Mart 2015, 12:24

Qaziler.az saytı dünən ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirmiş Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən xəbər verib. Bu gün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

Nazirliyin açıqlamasında deyilir ki, Sərxan Tahirzadənin sosial müdafiəsinin təmin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün müvafiq işlər aparılıb.

Bununla bağlı Qaziler.az saytı cavab açıqlaması yayıb. Açıqlamada deyilir:

“Qaziler.az saytında ötən ilin iyulun 30-dan avqustun 1-nə keçən gecə ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirmiş əsgər Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən bəhs edilən yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bayram adlı şöbə müdirinin, “Azərsığorta” Dövlət Şirkətinin və Lənkaran rayon İcra Hakimiyyətinin adları çəkilib. Saytın təsisçisi olan “Qarabağ qaziləri” birliyi dəfələrlə bəyan edib ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildiyi gündən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğının artdığı nəzərəçarpacaq dərəcədə hiss olunur. Və onun bu qəbildən olan insanlara yanaşmasını təqdir edib.
“Hazırda müharibə insanlarının problemləri ilə az-çox məşğul olan elə bu nazirlik və şəxsən Səlim Müslümovdur. Amma elə məsələlər var ki, şəxsən onluq deyil. Məsələn hazırda cəbhədə yaralanaraq 1-ci qrup olan əsgərə dövlət tərəfindən 77 manat pensiya, 150 manat isə prezident təqaüdü verilir. Və bu çox azdır. Bu məsələ dərhal və ciddi şəkildə müzakirə edilməlidir. Nazirlik səlahiyyətləri çərçivəsində öhdəsinə düşəni edib və edir. Amma Sərxan Tahirzadənin anasının nazirliyin qəbul şöbəsində Bayram adlı şöbə müdiri tərəfindən təhqir edilməsi yolverilməzdir. Yaxşı olar ki, nazirlik araşdırma aparıb bu məsələyə aydınlıq gətirsin. Özü də bu birinci hal deyil. Bu Bayram kimdirsə, dəflərlə Qarabağ əlilini təhqir edib. Qaziler.az saytında o, üç yazıda tənqid edilib. Sərxan Tahirzadənin digər problemi isə onun yaralandığına görə hələ də sığorta ala bilməməsidir. Bu da birbaşa neçə müddətdir şəhidlərin və qazilərin qan pulunu verməyən “Azərsığorta” Dövlət Şirkətinin məsuliyyətidir. Başqa problem isə Lənkəran rayon İcra Hakimiyyətindədir”.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır