Modern.az

“Özəl sektorun borclanacağı qaçılmazdır”

“Özəl sektorun borclanacağı qaçılmazdır”

4 Mart 2015, 17:00

 

“Kommersiya banklarının xaricdən kredit götürmək imkanları var. Qanunvericilikdə onların kredit cəlb etməsilə bağlı hər hansı qadağalar mövcud deyil. Manatın devalvasiyasından sonra kommersiya bankları yaranan problemi aradan qaldırmaq üçün xaricdən vəsait cəlb etmək məcburiyyətində qalıb”.  

Bunu Modern.az-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov ölkənin kommersiya banklarının xaricdən götürdüyü kreditlərin həcminin artmasını şərh edərkən deyib.  

O qeyd edib ki, bankların xaricdən daha çox kredit götürməyə can atacağı gözlənilən idi: “Manatın dollara nisbətən yumşalmasından sonra kommersiya banklarının verdikləri kreditlərin geri qaytarılmasında praktik olaraq çətinliklər yaranıb. Bu, gözlənilən idi.  Birbaşa kommersiya banklarının verdikləri kreditlərin bir qismi dollarla idi. Məhz dollarla olduğu üçün həmin kreditlərin qaytarılmasında çətinliklər yaranıb. Digər tərəfdən, manatla kreditlərin geri qaytarılmasında problemlər olmasa belə, reallıq ondan ibarətdir ki, manatla olan kreditlərin dollarla ifadəsinin dəyəri azalıb”.  

İqtisadçı deyib ki, kommersiya bankları sərf etdiyi vəsaitin əhəmiyyətli hissəsini xarici banklardan dollar kimi cəlb etdikləri üçün, bu da onların xarici bank öhdəliklərini yerinə yetirməkdə müəyyən çətinliklər yaradır:

“Çətinliklərin aradan qaldırılması üçün Azərbaycanın kommersiya bankları xaricdən kredit cəlbini artırmaq məcburiyyətində qalıblar. İndiki məqamda bunun əsas səbəbi verilən kreditlərin geri qaytarılmasında potensial çətinliklərin olması, eyni zamanda manatla verilən kreditlərin dollarla ifadəsində dəyərinin azalması, eləcə də vətəndaşların banklarda manatla olan əmanətlərini geri çəkməsilə bağlıdır ki, bu da bankların likvidliyinin aşağı düşməsinə gətirib çıxarır. Buna səbəb isə aylıq ödənişin həcminin artması fonunda aylıq ödəmə qabiliyyətinin aşağı düşməsidir”.

İqtisadçının fikrincə, xarici banklardan götürülən kreditlərin hesabına özəl sektorun borcları artacaq“Praktik olaraq kommersiya bankları xaricdən cəlb etdikləri kreditlərin məbləğilə bağlı rəsmi açıqlamalar yaymır. Bununla belə, bankların cəlb etdiyi vəsaitlər dövlət zəmanətilə alınan vəsaitlər olmadığından dövlətin xaricə olan borcunun artmasından söhbət getmir. Amma özəl sektorun borclanacağı qaçılmazdır”.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...