Bir müddət bundan öncə “Aydın yol” qəzetində baş redaktor vəzifəsindən istefa verən yazıçı-jurnalist Fəxri Uğurlu hazırda yalnız bədii yaradıcılıqla məşğuldur. Modern.az-a açıqlama verən yazar deyib ki, ümumiyyətlə, hər gün yazmaq vərdişi yoxdur:
“Məndə bir az yaradıcılıq istiqamətində fərqlilik var. Bədii nəsə yazmaq üçün gərək təcrid olunam. Hər şeydən, qayğılardan bir az kənarlaşmalıyam ki, nəsə yazam. Amma beynimdə iş həmişə gedir. Hər zaman nəsə yazmaq haqında fikirləşirik. Qarşımızda duran suallara cavab axtarırıq”.
“Aydın yol” qəzetinin baş redaktoru vəzifəsindən öz istəyi ilə uzaqlaşan təcrübəli jurnalist hər hansı media orqanından işləməklə bağlı təklif almadığını da bildirib.
Elmin NURİ