Modern.az

Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi bu əsasla müəyyən ediləcək

Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi bu əsasla müəyyən ediləcək

6 Mart 2015, 00:00


Azərbaycanın İctimai Televiziyası (İTV) 60-cı “Eurovision” beynəlxalq mahnı müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək.

İTV-dən Modern.az-a verilən məlumata görə , yayımçı televiziya hazırda Azərbaycan təmsilçisinin bu ilin may ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision” mahnı müsabiqəsindəki çıxışının təşkili üzərində işləyir.

Bəstəkarlar seçimə mahnıların audio versiyasını, sözlərini və özləri haqqında məlumatları təqdim etməlidirlər. Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini [email protected] email ünvanına göndərə bilərlər. Ərizələrin qəbulu martın 6-dək davam edəcək.

Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi